Yağıntıların nə vaxt kəsiləcəyi AÇIQLANDI

Azərbaycanda yağıntılar sabah da davam edəcək.

Bu barədə “turaninsesi.az ”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, iki gündür ölkə ərazisində intensiv yağış yağır.