Hikmət Hacıyev: Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik

Azərbaycan beynəlxalq təşkilatların problemlərini həll etməsini gözləmir.

turaninsesi.az ” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.

Onun sözlərinə görə, bölgə və bölgədənkənar ölkələr maraqlarını ortaya qoyub regionu inkişaf etdirə bilər:

“Beynəlxalq təşkilatların bizim problemlərimizi həll etməyini gözləmirik. Düzdür, müstəqilliyin ilk illərində onlardan gözləntilərimiz var idi. Amma, məsələn, ATƏT iflasa uğramış təşkilat oldu və bölgədə münaqişəsinin həllinə nail ola bilmədi. Onun Mink qrupu da iflasa uğradı. Nəticədə biz hərbi və siyasi yollarla münaqişəni həll edə bildik, sülhə nail olduq. İndi Azərbaycan və Ermənistan sülh şəraitində əməkdaşlığı davam etdirir”.

Arzu Paşaqızı