İlham Əliyev Tokayevə dəstəyinə görə təşəkkür etdi

Prezident İlham Əliyev Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşım edilib.

“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, – paylaşımda deyilir.

Arzu Paşaqızı