Ceyhun Bayramov Türkiyəyə getdi
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
“turaninsesi.az ” xəbər verir ki, martın 7-də o, İstanbul şəhərinə işgüzar səfərə gedib.
Səfər çərçivəsində XİN rəhbəri Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
Arzu Paşaqızı