Vitse- Spiker Parlamentde Koreya nümayəndə heyəti ilə görüş keçirdi

0

Bu gün Koreya Respublikası Milli Assambleyasının Milli Müdafiə Komitəsinin sədri cənab Lee Hunseunqun başçılığı ilə Koreya nümayəndə heyəti ilə Milli Məclisdə görüşdük.

Turanın səsi ” xəbər verir ki , görüş zamanı Azərbaycan – Koreya arasında olan dostluq, ölkələrimiz arasında dinamik şəkildə inkişaf edən əməkdaşlıq münasibətlərindən danışdıq. Eləcə də, nümayəndə heyətinə Ermənistanın post-münaqişə dövründə atdığı addımlardan, sülhün qarşısında yaratdığı əngəldən, mina xəritələrinin bu vaxta qədər verilməməsi nəticəsində Azərbaycan vətəndaşlarının bu minaların qurbanlarına çevrilməsindən bəhs etdim. Eləcə də, Ermənistanın hazırda da ekoloji terroru davam etməsini, sülhməramlıların nəzarəti altında olan Azərbaycan ərazisindən qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmasından, təbii resurslarımızı talan etməsindən danışdıq. Qeyri-hökümət təşkilatının nümayəndələrinin, ekoloji aktivistlərin haqlı tələblərinin bu vaxta qədər yerinə yetirilməməsini, sülhməramlıların komandirinin onlarla görüşüb dinləmək əvəzinə Şuşa-Laçın yolunu bağlı saxlaması barədə məlumat verdim.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir