Yağıntılı hava şəraiti davam edir – LAÇINDA FAKTİKİ HAVA – EKSKLÜZİV
Laçında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.
“turaninsesi.az” xəbər verir ki, hava şəraitinə baxmayaraq, Laçında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir.
Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır.
“Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər”, – DİN-dən qeyd olunub.





Arzu Paşaqızı