Milli Məclisin sədri Sahibə Qafarovanın ünvanına Zəfər Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Azərbaycan Respublikası Milli Məclisinin və parlamentin spikeri Sahibə Qafarovanın ünvanına 8 noyabr – Zəfər Günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç, Kamboca Krallığı Milli Assambleyasının sədri Xuon Sudari, Tolerantlıq və Sülh naminə Qlobal Şuranın sədri Əhməd Bin Məhəmməd Əlcərvan, Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Ziya Öztürkler, TÜRKPA-nın Baş katibi Ramil Həsən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Asəf Hacıyev, İtaliya Deputatlar Palatasının sədr müavini Giorgio Mule, Malayziya Parlamenti Senatının sədr müavini, senator Nur Jazlan Mohamed, Macarıstan Parlamentinin vitse-spikeri Lezsak Sandor, Cənubi Afrika Respublikası Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Hon Supra Mahumapelo, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria və Senatın üzvü, senator Ernesto Rapani, İtaliya Parlamentinin üzvü Salvatore Kayata, Argentina parlamentinin üzvü Marselo Paqano, Kamboca Milli Assambleyasında Azərbaycan üzrə dostluq qrupunun rəhbəri, Assambleyanın Beynəlxalq əlaqələr komitsəsinin sədri Sous Yara, Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədrləri Valeriy Koliux və Volodimir Krediyonko spiker Sahibə Qafarovaya ünvanladıqları məktublarda 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini, xalqımıza sülh və əmin-amanlıq arzularını çatdırır.

Arzu Paşaqızı