Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Pakistan parlamentinin spikeri Zəfər Gününün beşinci ildönümü münasibətilə spiker Sahibə Qafarovaya və Milli Məclisin üzvlərinə təbriklərini çatdırıb.
O, məktubunda bildirib ki, bu əlamətdar gün Azərbaycan xalqının sarsılmaz ruhunun, möhkəmliyinin və əzminin güclü sübutudur. Azərbaycan xalqının Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında apardığı tarixi mübarizə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yekunlaşdı və bu, sizin xalqınızın tarixinə əbədi olaraq həkk olunacaq əlamətdar nailiyyətdir.
Arzu Paşaqızı