Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Sot Vonq ilə görüşüb.
Görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dost ölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Arzu Paşaqızı