Milli Məclisin sədri Sahibə QafarovaRumıniya Parlamenti Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb.


Qonağı səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova qeyd edib ki, onun ölkəmizə son altı ayda ikinci dəfə səfəri Azərbaycan və Rumıniya əlaqələrinin dinamik inkişafının bariz göstəricisidir. Milli Məclisin sədri cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində keçirilən Beynəlxalq Parlament Konfransının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu konfrans il ərzində parlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dost ölkələrin parlamentarilərini bir araya gətirir. Spiker konfransda iştirakına görə Mirça Abrudeana təşəkkür edib.

Arzu Paşaqızı