Braziliya millisinin baş məşqçisi istefa verib
Braziliya millisinin baş məşqçisi Tite istefa verib.
“Turanın səsi” in məlumatına görə, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.
O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.
Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09