Sahibə Qafarova “Böyük iyirmilik” (G20) ölkələrininParlament Sədrlərinin 11-ci Samitinin açılış mərasimində çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış mərasimində çıxış edib.
Bu bbarədə “turaninsesi.az” – a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bu sammitin parlamentarilərin birgə işləməyə sadiqliyini göstərən dəyərli platforma olduğunu söyləyən spiker Sahibə Qafarova Cənubi Afrika Respublikasının G20-yə sədrliyi üçün qəbul etdiyi “Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzusunun dünyamızın ehtiyac duyduğu mövzular olduğunu söyləyib.
Bu mövzuların Azərbaycanın da bölüşdüyü prinsiplər olduğunu diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqində ölkəmizin baxışını: beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq qalıb.
Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu davam etdirib.
Çıxışında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri haqqında da sammit iştirakçılarına məlumat verən spiker Sahibə Qafarova bildirib ki, bu layihələr bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verib və regional bağlantıları gücləndirib.
Onun sözlərinə görə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.

Arzu Paşaqızı