Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib

Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Malayziyanın Baş naziri Dato Seri Ənvər Bin İbrahimin, təşkilata üzv ölkələrin və müşahidəçi statuslu ölkələrin parlament rəhbərlərinin və təmsilçilərinin iştirak etdikləri mərasimdə çıxış edənlər AİPA-nın beynəlxalq parlament diplomatiyasında yeri və rolu, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti, dünyanı narahat edən problemlərin həllində parlamentarilərin rolu barədə fikirlərini səsləndiriblər.
Milli Məclisin sədri Sahibə Qafarova Baş Assambleyanın plenar iclasında çıxış edərək deyib ki, parlament diplomatiyasının əhəmiyyətinin artması ilə AİPA artıq parlamentləri bir araya gətirən, daha sıx əməkdaşlıq üçün yeni ideyalar və imkanlar yaradan əhəmiyyətli və uğurlu platformaya çevrilib. Onun sözlərinə görə, bu təşkilat təkcə üzv parlamentlər deyil, həm də dünyanın müxtəlif regionlarının parlamentləri arasında dialoqun və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI