İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov iclası açaraq, komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb və gündəliyə 10 məsələnin daxil edildiyini bildirib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Müzakirəyə əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edilib. Azər Əmiraslanov bildirib ki, ötən sessiyada komitədə 23 iclas keçirilib, ümumilikdə 90 məsələ müzakirə olunub, həmçinin komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.
Sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI