Regional məsələlər komitəsinin iclasında

Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan komitə sədri Siyavuş Novruzov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara növbəti sessiyada uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri, ilk növbədə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülmüş işlər barədə hesabatı təqdim edib. Qeyd edilib ki, ötən sessiyada 9 iclas keçirilib, ümumilikdə 17 məsələyə baxılıb. Komitə sədri ümumilikdə komitəyə vətəndaşlardan 1742 müraciətin daxil olduğunu, bunlardan bir qisminin icrasının təmin edildiyini, bir qisminin isə baxılması üçün aidiyyəti orqanlara göndərildiyini bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI