Aqrar siyasət komitəsinin iclasında
Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb, gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İlk növbədə, komitə sədri 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Aqrar siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 13 iclas keçirilib, 14 məsələyə baxılıb, o cümlədən, “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə təşkil olunub.
Daha sonra Tahir Rzayev Aqrar siyasət komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, komitənin profilinə uyğun mövzularda dinləmələr keçiriləcək, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI