Azərbaycan Kuboku: “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
“Turanın səsi “in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında 8 dəfə üz-üzə gəliblər. Bunların 3-də “qartallar”, 2-də “ağ-qaralar” qələbə qazanıb. 3 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə “Neftçi” üstündür – 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.
Digər görüşdə “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların 6-da “köhlən atlar”, 2-də “qırmızı-qaralar” sevinən tərəf olub, 5 dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir – 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi
İlk oyunlar
8 dekabr
18:00. “Zirə” – “Neftçi”
Zirə İK stadionu
20:30. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09