Ronaldu DÇ-2022-də ən çox oyundankənar vəziyyətə düşən futbolçudur

0

Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatında ən çox oyundankənar vəziyyətə düşən futbolçudur.

Turanın səsi” in məlumatına görə, 37 yaşlı hücumçu hazırkı mundialda 7 dəfə belə halla üzləşib. .

Təcrübəli forvard son olaraq İsveçrəni 6:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin matçında uğursuzluqla üzləşib. Ronaldu 83-cü dəqiqədə topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.

Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. 30 yaşlı hücumçu 5 dəfə ofsayda düşüb. “Buğalar” 1/8 finalda əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitən qarşılaşmanın penaltilər seriyasında Mərakeşə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir