Sahibə Qafarova Türkmənistanda ÖzbəkistanAli Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri çərçivəsində avqustun 4-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu xüsusi vurğulanıb. Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni və daha dinamik inkişaf mərhələsinə daxil olduğu qeyd edilərək, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI