Astara Gömrüyündə 103 kilo narkotik müsadirə olundu

Astara Gömrük İdarəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“turaninsesi.az” xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə – marixuana aşkar edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI