Astara Gömrüyündə kahı dolu maşında narkotik tapıldı

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarıb.
“turaninsesi.az” xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kq 295 qram olan narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.