Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Milli Məclisin deputatları – Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri Azər Allahverənov və Anar Məmmədov iyulun 19-da bu ölkənin Lefkoşa şəhərinə səfər edəcəklər.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinin Sülh və Azadlıq Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI