Milli Məclisin sədri Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə Milli Məclisin sədri Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə toplantısının əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.
Söhbət zamanı spiker qonaqlara Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.




⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI