Deputatlar gələn həftə tətilə çıxır

Milli Məclisin növbədənkənar sessiyası iyulun 14-də başa çatacaq. İclasdan sonra deputatlar iyulun 15-dən avqustun 30-dək yay tətilinə çıxacaqlar və bu müddətdə məzuniyyətdə sayılırlar.
“turaninsesi.az” xəbər verir ki, qanunvericiliyə əsasən, parlament ildə iki dəfə – yanvarın 1-dən 15-dək və iyulun 15-dən avqustun 30-dək istirahətə buraxılır. Milli Məclis ildə iki sessiyada – yaz və payız sessiyalarında fəaliyyət göstərir. Yaz sessiyası fevralın 1-dən mayın 31-dək, payız sessiyası isə sentyabrın 30-dan dekabrın 30-dək keçirilir.
Əgər sessiyanın ilk günü qeyri-iş gününə düşərsə, iclaslar ilk iş günündə başlayır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI