Pakistan Milli Assambleyasının sədri ölkəmizə rəsmi səfərə gəlib

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq iyulun 6-da ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov, hər iki ölkənin səfirləri Xəzər Fərhadov, Qasım Mohiuddin və digər rəsmi şəxslər qarşılayıblar.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI