Milli Məclisin sədri Sahibə QafarovaGürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə spiker bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələrimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI