Milli Məclisin sədri Sahibə Qafarova: “TÜRKPA ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platformadır”

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA-nın 14-cü plenar iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

O, TÜRKPA-ya sədrliyin Azərbaycan Respublikası Milli Məclisindən Qazaxıstan Respublikası Parlamenti Məclisinə keçdiyini xatırladaraq, bu sədrliyin təşkilatın daha da güclənməsinə, ümumi işimizin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə çox böyük əhəmiyyət verir. O, Milli Məclisin qardaş ölkə parlamentləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığının mahiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.” fikrinin dayandığını söyləyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI