Milli Məclisin sədri Sahibə Qafarova Astanada Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.
O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.





⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI