Beynəlxalq konfransda

Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Qaya Məmmədov iyunun 9-da Macarıstanın Budapeşt şəhərinə səfərə gedəcək.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Səfərdə deputat Azərbaycanın Macarıstandakı səfirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Macarıstan Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə Budapeştdə keçiriləcək və Qərbi Azərbaycan icması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI