Misir Ərəb Respublikası Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılığı ilə parlament nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Heydər Əliyev Beynəlxalq Hava Limanında Misir Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Misirlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov, Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid və digər rəsmi şəxslər qarşılayıblar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI