Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Tədbirdə çıxış edən Milli Məclisin sədri Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olmuş, dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləmişlər.
XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdu. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI