Regional məsələlər komitəsinin onlayn iclasında

Mayın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib.
Komitə sədri bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI