İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəlikdə beş məsələnin olduğunu nəzərə çatdırıb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Əvvəlcə, iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Məsələ barədə danışan Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Vüqar Qurbanov bildirib ki, sənəd Dünya Bankı Qrupunun “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI