Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Senatının sədri Pedro Rollanla görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycan parlamentinin spikerini salamlayan Senat sədri Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.












⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI