Milli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək

?
Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azay Quliyev ATƏTPA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək. Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI