Deputatlar Lüksemburqa səfər edəcəklər

Milli Məclisin Lüksemburqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və işçi qrupun üzvü Elçin Mirzəbəyli mayın 6-da Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərinə səfər edəcəklər.

Bu barədə turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər zamanı Milli Məclisin deputatları Lüksemburq parlamentində bir sıra görüşlər keçirəcək.

Səfər mayın 8-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI