Milli Məclisin plenar iclasında
Mayın 1-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, Spiker Sahibə Qafarova bugünkü iclasda 13 məsələnin müzakirə olunacağını nəzərə çatdırıb.
Gündəliyin birinci məsələsi barədə məlumat verən parlamentin sədri qeyd edib ki, möhtərəm cənab Prezidentin təqdimatına əsasən, Milli Məclis Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsinə münasibət bildirməlidir.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair məlumat verib. O, Kamran Əliyevin Baş prokuror kimi çalışdığı dövrdə prokurorluq orqanlarında islahatların müasir tələblərə uyğun daha da dərinləşdirildiyini və öz müsbət nəticəsini verdiyini söyləyib. Komitə sədri bu illər ərzində ölkədə aparılan korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb. O, vurğulayıb ki, Prokurorluq işçiləri ölkə Prezidentinin söylədiyi: “Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi – məhz bütün bu amillər bizə məqsədə çatmaq üçün köməklik göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olacaqdır” fikirlərini hər zaman əldə rəhbər tutublar.







⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI