İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Salvatore Kayatanın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluq duyduğunu bildirib. Strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–İtaliya münasibətlərindən bəhs edən komitə sədri qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolu var. O, hazırda Azərbaycan ilə İtaliya arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığın daha da möhkəmləndirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI