Majoritar seçki sistemi məsuliyyət yaradır-Əli Hüseynli

“Əminliklə deyə bilərəm ki, bu gün majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır”.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məcılisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi:
“101-ci maddə ilə bağlı referendum keçirəndə bizi çox tənqid edirdilər. Məntiqimiz və arqumentimiz isə sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün imkan tanımırdıq. Seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Xalqa seçmək hüququ verirdik. Bu gün Prezident İlham Əliyev ən yüksək reytinqdədir. Nəticə onu göstərir ki, biz düzgün yolda olmuşuq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI