Mədət Quliyev istefa verdi

Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

turaninsesi.az“-ın xəbərinə görə, o, xidmət apardığı Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar bu addımı atıb.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.