Milli Məclisin sədri Sahibə QafarovaSloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkəmizin Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyi diqqətə çatdırılaraq, tərəflər arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər olduğu bildirilib.
Bu mənada, yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.





⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI