Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib

Aprelin 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə cənab Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlı 5 məsələ daxil edilib.
Daha sonra iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov son dövrlərdə Şura tərəfindən görülən işlər və ümumillikdə, məhkəmə sistemində həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, bütün bu islahatlar beynəlxalq təcrübə, normalar, prinsiplər öyrənilməklə tətbiq olunur. Hakimlərin qəbulu, qiymətləndirilməsi,irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətəndaş müraciətlərinə baxılması kimi sahələrdə kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, hakimlərin irəli çəkilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI