Əmək və sosial siyasət komitəsinin iclasında

Aprelin 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini söyləyib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Musa Quliyev, əvvəlcə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihəsinə dair fikirlərini bölüşüb. O, ölkəmizdə mütəmadi olaraq pensiya islahatlarının aparıldığını, əmək pensiyalarının şəffaf və ədalətli şəkildə təmin edildiyini söyləyib. Təqdim edilən qanunda nəzərdə tutulan dəyişikliklərin güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI