Mədəniyyət komitəsinin iclasında

Aprelin 7-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan komitə sədri Polad Bülbüloğlu gündəlikdə bir məsələnin – “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsinin olduğunu bildirib.
Layihə barədə məlumatda diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları tabeliklərindəki və ərazilərindəki abidələrin pasportlaşdırılmasını həyata keçirirlər. Həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən də qoruq idarəsi ərazisindəki abidələri pasportlaşdırmalıdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI