Milli Məclisin sədri Sahibə QafarovaAsiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri Çunq Eui-yong ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 5-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yong ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Görüşdə İCAPP-ın Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm bir platforma kimi çıxış etdiyi qeyd olunaraq, bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fürsət olduğu bildirilib, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI