DİN-in mətbuat xidmətinin məlumatı

❗️ Oğurluq

Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.


❗️ Narkotik vasitənim təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib.

Masallı rayon məhkəməsinin qərarı ilə A.Əhmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.


❗️ Oğurluq

Qaradağ rayonunun Qobustan qəsəbəsindəki evlərin birindən 4100 manat dəyərində kombi, mətbəx və məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Səxavət Nəsirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir