DİN-in mətbuat xidməyinin məlumatı

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisələri

Noyabrın 28-də saat 13 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Saatlı rayon sakini Ə.Şıxıyev “QAZ-330232” markalı avtomobili geriyə idarə edərkən qəsəbə sakini Atlas Əsədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Noyabrın 28-də saat 12 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində rayon sakini O.Musayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Tahir Nəzərlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Soyğunçuluq

Noyabrın 26-da saat 22 radələrində Xətai rayonunun G.Şıxlinski küçəsində bir nəfərin Bakı şəhər sakini İ.Zeynalova zor tətbiq edib pulunu və gümüş qolbağını talaması barədə polisə məlumat daxil olub.


Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tural Bağırzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq

Metropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir