Deputat “Azərsu”yun ünvanına ittihamlar səsləndirib
2012-ci ildə “Azərsu” ASC-nin sifarişi ilə Şəki şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılsa da, işlərin yalnız 66%-i icra olunub. “Turanın səsi” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar İsgəndərov deyib.
“10 ildir ki, davam edən bu layihə çərçivəsində Şəkidə 347 km uzunluğunda su şəbəkəsi və 266 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulmalı idi. Şəhərin bütün yolları və küçələri qazıldığından yarğanlar əmələ gəlib, keçilməz vəziyyətə düşüb.
Hazırda Şəkidə ümumi uzunluğu 40 km olan yolun, şəhərin giriş-çıxışındakı 4 prospektin təcili təmirinə ehtiyac var. Bunu da yerli büdcə ilə etmək mümkün deyil, ona görə də məsələnin dövlət investisiya layihəsinə salınması üçün əhali adından xahiş edirəm və hökumətə müraciət edəcəyəm. Araşdırmalarımıza görə, Şəkidən daha kiçik rayonlara yolların bərpası ilə bağlı 1-2 dəfə çox pul ayrılıb. Əlimizdə rəqəmlər də var”, – deyə o qeyd edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09