Deputatımız Brüsselə səfər edəcək
Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 29-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edəcək.
“Turanın səsi ” in xəbərinə görə , Səfər zamanı millət vəkili Avropa Vençur Xeyriyyəçilik Assosiasiyası tərəfindən keçirilən “Təsir həftəsi” çərçivəsində bir sıra tədbirlərə qatılacaq. Tədbirlərdə dayanıqlı strategiyaların dəstəklənməsi, sosial ideyaların maliyyələşdirilməsi proqramlarının və bütövlükdə Avropada sosial təminatın gücləndirilməsi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 3-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi