Dəmir məhəccərlərini, habelə kanalizasiya quyularının dəmir qapağını oğurlayan şəxs saxlanılıb

0

Sabunçu rayonunda dövlət müəssisələrindən birinin inzibati
binasının dəmir məhəccərlərini, habelə kanalizasiya
quyularının dəmir qapağını oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonunda yerləşən dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərləri naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə nəticəsində müəssisəyə 5000 min manata yaxın maddi ziyan dəyib.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Sabunçu rayonunda əlavə olaraq 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı da müəyyən edilib. Bundan başqa Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.
Faktlarla bağlı 15- ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

28 noyabr 2022-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir